Virtual Kitchen designer
Catalog
Location

Haqqımızda

Blomberg - bəyaz əşya sahəsində dünya bazarında ən güclü brenddir. Bir əsrdən artıq tarixə malik Blomberg alman markasının ilk dəfə meydana çıxması 1883-cü ilə təsadüf edilir. Bernhard Blomberqin təsis etdiyi şirkət məhz həmin il metallurgiya sənayesində fəaliyyətə başlayıb. Blomberg-məişət texnikasının istehsalı sahəsində innovasiya texnologiyalarının işlənib hazırlanaraq tətbiq olunduğu “premium” səviyyəli məişət texnikasının ticarət markasıdır. 2004-cü ildə bu ticarət nişanı ilə, ayrıca quraşdırılan texnikanın yeni istehsal xətti beynəlxalq bazara çıxardılıb. O vaxtdan etibarən Blomberg məhsulları texniki standartlara müvafiqliyinə və mükəmməl tərtibatına görə mükafatlara layiq görülüb.

2005-ci ildə “Soliton Group” şirkəti Azərbaycanda Blomberg brendinin eksklüziv distribyuteri kimi fəaliyyətə başlayıb. “Soliton Group” elektron və məişət texnikası satışı üzrə aparıcı şirkətlərdən biridir. Şirkətin əsas prinsipi Azərbaycanda aparıcı dünya markalarının idxalını, satışını, servis xidmətlərini təşkil etməkdir. Şirkət “İlin proyekti” nominasiyasında Azərbaycanda servis şəbəkəsinin yaradılmasında nailiyyətlərinə görə “İNTELLEKT-2005” mükafatına layiq görülmüşdür.

Şirkətin fəaliyyəti zamanı regionlarda operativ və keyfiyyətli xidmət təmin edən geniş əməkdaşlıq şəbəkəsi yaradılmışdır. Inkişaf etmiş diler şəbəkəsi isə Azərbaycanın bütün regionlarını əhatə edir. Müştərilər üçün ən yaxşı məhsulların təklifləri üzərində daim işləyən şirkət yaxşı xidmət təmin etmək üçün daha çox tədqiqatlar aparmağa və layihələr işləyib hazırlamağa can atır. Nəticə etibari ilə “Soliton Group”, öz biznesini inkişaf etdirə bilmiş və elektron və məişət texnikası sahəsində liderlik edən şirkət olmağa müvəffəq olmuşdur.


printerçap versiyası

<< bağla
Blomberg məhsulları ilə bağlı ən son xəbərlər, texnoloji yeniliklər, keçirilən kampaniyalar, qiymətlər və kredit şərtləri ilə Blomberg-in rəsmi distribüteri olan Soliton Mağazalar Şəbəkəsinin saytında məlumat əldə edə bilərsiniz.