Virtual Kitchen designer
Catalog
Location

ROADSHOW 2010

Paytaxtımızın sakinləri bir neçə gün ərzində Blomberg Alman markasının məhsulları ilə daha yaxından tanış olmaq imkanı əldə etdilər. Blomberg  Roadshow 2010 avtomobili bir çox Avropa ölkələrini dolaşaraq bu dəfə Blombergin azərbaycanlı istehlakçılarını sözün əsl mənasında heyrətləndirdi. 

Bir əsrdən artıq tarixə malik olan və bəyaz əşya sahəsində dünya bazarında ən güclü brendlərdən sayılan Blomberg alman markası - məişət texnikasının istehsalı sahəsində innovasiya texnologiyalarının işlənib hazırlanaraq tətbiq olunduğu “premium” səviyyəli məişət texnikasının ticarət markasıdır. 2004- cü ildə bu ticarət nişanı ilə ayrıca quraşdırılan texnikanın yeni istehsal xətti beynəlxalq bazara çıxardılıb. O vaxtdan etibarən Blomberg məhsulları texniki standartlara müvafiqliyinə və mükəmməl tərtibatına görə bir çox mükafatlara layiq görülüb.

2005–ci ildən “Soliton LTD” şirkəti Azərbaycanda Blomberg brendinin elektron və məişət texnikası satışı üzrə eksklüziv distribyuteri kimi fəaliyyət göstərir. Şirkətin əsas prinsipi Azərbaycanda aparıcı dünya markalarının idxalını, satışını, servis xidmətlərini təşkil etmək, müştərilər üçün ən yaxşı məhsullar təklif etməkdir. Daim təkmilləşən və yeni uğurlara imza atan “Soliton LTD”, öz biznesini inkişaf etdirərək elektron və məişət texnikası sahəsində liderlik edən şirkətə çevrilməyə müvəffəq olmuşdur.

Bugün Blomberg bütün dünyada öz alıcılarınına tamçeşidli məişət texnikası, o cümlədən nəfis tərtibata malik digər funksional məhsullar təklif edir. Öz məhsullarını dünyaya lazımı şəkildə tanıtmaq məqsədi ilə Blomberg “Roadshow” adlı bu möhtəşəm  tədbiri həyata keçirir. Bu ticarət nişanının məhsulları etibarlılığın və universallığın vəhdətidir.

Həyatınıza harmoniya qatmaq üçün Blomberg daim yoldadır!
Blomberg Roadshow haqqında daha ətraflı məlumat üçün www.blomberg-roadshow.com saytına daxil olun.


printerçap versiyası

<< bağla
Blomberg məhsulları ilə bağlı ən son xəbərlər, texnoloji yeniliklər, keçirilən kampaniyalar, qiymətlər və kredit şərtləri ilə Blomberg-in rəsmi distribüteri olan Soliton Mağazalar Şəbəkəsinin saytında məlumat əldə edə bilərsiniz.